Rusiya Prezidenti Vladimir Putin görüş zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Sputnik V” peyvəndi ilə vaksinasiya olunmağı tövsiyə edib.
Axar.az xəbər verir ki, Kreml rəhbəri məhz rus peyvəndinin sayəsində koronavirusa yoluxmadığını bildirib.
“Baxmayaraq ki, yoluxmuş insanla gün ərzində ünsiyyətdə oldum, lakin xəstələnmədim. Ona görə də növbəti dəfə “Sputnik”lə vaksinasiya olunun”, - deyə Putin qeyd edib.