ABŞ, Çin və ASEAN ölkələri Cənub-Çin dənizində ərazi məsələlərini müzakirə edəcəklər

ABŞ, Çin və ASEAN ölkələri Cənub-Çin dənizində ərazi məsələlərini müzakirə edəcəklər backend

ABŞ və Çinin rəsmi nümayəndələri Cənub-Çin dənizində ərazi məsələlərini müzakirə etmək üçün avqustun 5-də ASEAN ölkələrinin xarici işlər nazirlərinə qoşulublar.



ASEAN-ın tərkibinə daxil olan 10 ölkənin xarici işlər nazirləri Çinin dənizdə, Spratli adaları yaxınlığında torpaq tökmək yolu ilə yeni adaların yaradılması da daxil olmaqla artan fəallığını müzakirə etmək üçün avqustun 4-də Kuala-Lumpurda görüşüblər.

Çinlə yanaşı, Filippin və regionun digər ölkələri də həmin adalara iddialıdır.

Filippin Çinin apardığı torpaqtökmə işlərinin pislənilməsi barədə birgə bəyanatla çıxış etmək təklifini irəli sürüb. Lakin Çinlə sıx əməkdaşlıqda maraqlı olan ölkələr bu məsələnin həlli üçün daha çox təmkin nümayiş etdirməyə çağırırlar.

Avqustun 4-də Çinin xarici işlər naziri Van İ jurnalistlərə bildirib ki, Cənub-Çin dənizi ilə bağlı məsələ ölkəsi ilə ASEAN üzvü olan dövlətlər arasında müzakirə mövzusu deyil.

Van İ əlavə edib ki, hər iki tərəf Cənub-Çin dənizi ilə bağlı məsələnin dövlətlər arasında ikitərəfli münasibətlərə təsirinin qarşısını almağa çalışmalıdır.
Diaspora