Lionda Fransa prezidentinə yumurta atılıb

Lionda Fransa prezidentinə yumurta atılıb backend

Naməlum şəxs Liona səfər edən Fransa Prezidenti Emmanuel Makrona yumurta atıb.

Qaziler.az xəbər verir ki, bu barədə yerli BFM telekanalı məlumat yayıb.

Telekanalın yaydığı görüntülərdə görünür ki, kütlədən atılan yumurtaya bənzər əşya Makronun çiyninə dəyir. Yumurtanı atan şəxs dərhal saxlanılıb.

Hadisənin görüntülərini dərc etmiş “LION Magazine” nəşri saxlanılarkən həmin gəncin “Yaşasın inqilab!” şüarı səsləndirdiyini yazıb. Hazırda onun motivləri məlum deyil.

Xatırladaq ki, bu, cari ildə Makronun hücuma məruz qaldığı ilk hal deyil. Belə ki, iyun ayında Dron departamentinə səfəri zamanı kütlədəki şəxslərdən biri Makronun üzünə zərbə endirmişdi.

Diaspora