Ermənistanın Armavir bölgəsinin Artamet kəndində 2 nəfərə qarayara xəstəliyi diaqnozu verilib. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri ölkənin səhiyyə nazirliyi və Kənd təsərrüfatı nazirliyinin qida mallarının dövlət təhlükəsizlik xidməti yayıb.
“İlkin olaraq diaqnoz təsdiqlənib, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir”- deyə TASS-a müsahibəsində səhiyyə nazirliyi nümayəndəsi Anait Aytayan bildirib. “Lazım olan analizlər götürülüb, diaqnozun tam təsdiqi labarator müayinələrin nəticələrindən sonra bildiriləcək”- deyə o əlavə edib.Dövlət qurumlarınından bildiriblər ki, xəstələnənlərdən biri Gürcüstanın Ninosmind rayonundan ət alıb.
Qarayara və ya Sibir yarası yoluxucu xəstəlikdir. Dəridə qara yaraların peyda olmasından bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. İnfeksiya mənbəyi xəstə ev heyvanları: qaramal, at, eşşək, qoyun, keçi, maral, dəvə, donuzdur. Bu heyvanlarda xəstəlik yayılmış formada keçir. İnsanda yoluxma halları olduqca azdır. Daha tez-tez kontakt yolla daha az alimentar, hava-toz və transmissiv yolla yoluxmaya təsadüf edilir.
Adətən bu xəstəlik aşkarlanan ölkədən xəstəliyin aradan qaldırılmasına kimi ət və ət məhsulları alınmır.