Ukraynadakı münaqişə ilə bağlı Minskə aparılan 16 saatlıq danışıqların yekununa dair 2014-cü ilin 5 və 19 sentyabr tarixlərində Minskdə imzalanan razılaşmaların yerinə yetirilməsi ilə bağlı sənəd imzalanıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, sənəd Təmas Qrupu tərəfindən imzalanıb.Buna baxmayaraq Minsk razılaşmalarının yerinə yetirilməsinə dəstək barədə bəyannaməni imzalamaq mümkün olmayıb.
Jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, danışıqlar zamanı atəşkəsin fevralın 15-də saat 00.00-dan elan edilməsi haqda razılıq əldə olunub.
“Güman edirik ki, Debaltsevoda mühasirəyə alınan 6-8 min ukraynalı hərbçi silahı yerə qoyacaq. Münaqişə tərəflərini hərbi texnikanın geri çəkilməsi zamanı təmkin nümayiş etdirməyə çağırırıq. Əgər hamı Donbasda sülhün bərqər olması barədə razılığa gəlmək istəyirsə, Kiyevin Donetsk və Luqansk “xalq respublikaları” ilə birbaşa təmasları olmalıdır”, - deyə o vurğulayıb.