Hindistanın Madhya-Pradeş ştatında baş vermən dəmir yolu qəzasında həlak olanların sayı 27 nəfərə çatıb. Daha 100 nəfərin yaralandığı bildirilir. ANS PRESS-in məlumatına görə hadisə ötən gecə baş verib. Madhya-Pradeş ştatında iki sərnişin qatarı toqquşub və nəticədə qatarlarlar relsdən çıxıb. Vaqonlardan bəziləri çaya düşüb.
Xilasetmə əməliyyatları nəticəsində 300 nəfər xilas edilib. Onlarla yaralı xəstəxanaya yerləşdirilib.Qəzaya uğramış qatarlardan biri Mumbai şəhərinə yollanırdı digəri isə ona əks istiqamətdə hərəkət edirdi.
Xilasetmə əməliyyatı davam edir.
Hindistanda bu növ qəzalar dəmir yollarının pis vəziyyətdə olması ilə əlaqədar tez-tez baş verir.