Sterliqov Moskvaya uça bilmədi

Sterliqov Moskvaya uça bilmədi backend

“İnterpol”un axtardığı German Sterliqov İrəvandan Moskvaya uça bilməyib Erməni işğal altında olan ərazilərimizdə fəaliyyətinə görə, Azərbaycanın müraciəti əsasında İnterpol tərəfindən beynəlxalq axtarışa verilən rus iş adamı German Sterliqov İrəvan hava limanında qalıb. APA TV-nin məlumatına görə, iş adamı ötən gecə Ermənistandan Rusiyaya uçmaq istəsə də, məqsədinə çata bilməyib. Buna səbəb İrəvan hava limanındakı erməni sərhədçilər olub. Onlar axtarışda olan Sterliqovu Moskvaya uçmaqdan çəkindiriblər. Biznesmenin vəkili Artur Ayrapetovun "Kommersant"a verdiyi məlumata görə, sərhədçilər onu başa salıblar ki, beynəlxalq axtarışda olduğu üçün Rusiyaya çatan kimi onu tuta bilərlər.

Qeyd edək ki, keçən həftə Azərbaycan İnterpolun xətti ilə Dağlıq Qarabağdakı fəaliyyətinə görə German Sterliqov barədə axtarış elan edib. Axtarışa Sterliqov və yoldaşlarının qanunsuz olaraq Azərbaycan sərhədini keçməsi, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə dövlət əleyhinə açıq çağırışlar etməsi əsas göstərilib.

İyulun əvvəllərində rusiyalı iş adamı German Sterliqov Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edərək ailəsi ilə buraya yerləşmək niyyətini bəyan etmişdi.

Diaspora