PKK terrorçuları Türkiyənin Şırnak bölgəsinin Silopi şəhərində yerləşən 172-ci tank briqadasının komandanlığının postunu atəşə tutublar.
APA TV-nin “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum zamanı iki hərbçi yaralanıb. Yaralılar xəstəxanaya helikopter vasitəsilə çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, PKK terrorçuları hücum zamanı minaatanlardan istifadə ediblər. Hücumdan sonra Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı ərazidə geniş miqyaslı əməliyyata başlayıb.