ABŞ-ın qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) tarixdə ilk dəfə 3D printerin köməyi ilə yaradılmış dərman preparatının istehsalına icazə verib.
İkt. Lent. Az-ın "ICTnews"a istinadən verdiyi məlumata görə, bundan əvvəl FDA artıq tibb sahəsində tətbiq edilən müxtəlif qurğu və aparatların 3D printerlərdən istifadəyə əsaslanan istehsalına icazə verib.Üçölçülü çap texnologiyasının köməyi ilə yaradılmış yeni “Spritam” dərman preparatı epileptik qıcolmalara nəzarət etməkdə kömək edir.
Dərman preparatını yaratmış “Aprecia Pharmaceuticals” müasir texnologiyaların köməyi ilə başqa dərman preparatlarını da hazırlamağa söz verib.
Başqa dərmanlar kimi 3D dərman da insan orqanizmində həll olunur.
Ekspertlər əmindirlər ki, yeni texnologiya gələcəkdə fərdiləşdirilmiş dərman preparatları yaratmağa imkan verəcək.