Dünyada koronavirusa yoluxanların sayı artır - ÜST

Dünyada koronavirusa yoluxanların sayı artır -  ÜST backend

Pandemiya ərzində dünyada koronavirus infeksiyasına ümumilikdə 228 394 572 yoluxma qeydə alınıb.

Bu barədə “Report” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Qeyd edilir ki, son bir gün ərzində dünyada COVID-19-a daha 453 600 yoluxma aşkarlanıb.

Məlumata görə, COVID-19-dan ölən pasiyentlərin sayı 4 690 186 nəfərə çatıb. Siyahıda ilk yerləri ABŞ, Braziliya, Hindistan və digər ölkələr bölüşdürür.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Diaspora