“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi

“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi backend

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı daha bir nazirliyi ləğv edib.

Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə “Xeyirli olanın əmri və zərərli olanın qadağası” adlı yeni idarə yaradılıb.

Faktiki olaraq, “əxlaq polisi” kimi fəaliyyət göstərən bu orqan “Taliban”ın 1996-2001-ci illər hakimiyyəti zamanı da mövcud olub və əhaliyə qarşı zorakılığı ilə yadda qalıb.

Mənbə: “Afghanistan International”

loading...
Aydinyol.az