Almaniyanın baş prokuroru istefaya göndərildi

Almaniyanın baş prokuroru istefaya göndərildi backend

Almaniyanın ədliyyə naziri Hayko Mas baş prokuror Harald Ranqeni istefaya göndərib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə Deutsche Welle məlumat yayıb. Bunu nazir ötən gün açıqlamasında bildirib.

“DPA”-nın məlumatına görə, nazir açıqlamasında Ranqeyə etibarın tamamilə itdiyini bildirib.

Hayko Mas baş prokurorun son hərəkətlərinin ictimaiyyətdə yanlış təəssürat yaratdığını bildirərək bu cür addımların yolverilməz olduğunu bildirib.

Ranqeni baş prokuror vəzifəsində Münhen prokuroru Peter Frank əvəzləyəcək.

Bundan əvvəl Berlində 1300 nəfər dövlətə xəyanətdə təqsirli bilinən Netzpolitik.org bloqunun iki jurnalistə dəstək olaraq etiraz aksiyası keçirib.
Diaspora