Türkiyənin Artvin vilayətidə Borçka şəhərinin Maral kəndinin sərhədlərində yerləşən "Maral" şəlaləsi "yer üzünün cənnəti" adlandırılaraq yüzlərlə xarici turistin ziyarətgahına çevrilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Şərqi Qaradənizin ən cazibədar turizm məkanlarından sayılan "Maral" şəlaləsi 64 metr hündürlükdən axaraq bənzərsiz təbii gözəlliklər yaradır. Əraziyə xüsusi maşınlarla gələn yerli və xarici turistlər yaşıllıq içərisində şəlalənin gözəlliyinin şahidi olurlar. Şəlalənin ziyarəti zamanı ağacdan düzəldilmiş nərdivanlardan istifadə olunur. Şəlalənin əsas özəlliyi onun dik olması və su axınının eyni bərabərlikdə daşların üzərinə tökülməsindədir. Günəşli günlərdə şəlalənin üzərində günəşin yaratdığı göy qurşağını rahatca müşahidə etmək mümkündür.
Qeyd edək ki, şəlalənin ziyarətinə gələn turistlər rahat şəkildə burdan asılmış kəndirdən tutaraq 64 metrlik məsafədən mənsəbə düşə bilirlər.