Çində güclü zəlzələ baş verib, ölənlər var

Çində güclü zəlzələ baş verib,  ölənlər var backend

Çinin Şıçuan vilayətində 6 bal gücündə zəlzələ baş verib.

Çin Seysmoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla saat 04:33 -də Lusyan qəzası ərazisində, Luçjou şəhər dairəsində baş verib. Yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələ zamanı həlak olanların sayı 3 nəfərə çatıb. Təbii hadisə zamanı azı, 60 nəfər xəsarət alıb. Agentlik bildirib ki, xəsarət alanlardan azı 3-nün vəziyyəti ağırdır. Demək olar, 7 min insan ərazidən təxliyə edilib.

Diaspora