Yaponiyanın Hiroşima şəhərində atom bombası partlayışının 70 illiyi avqustun 6-da tamam olur. QAZİLER.AZ BBC-yə istinadla bildirir ki, həmin hadisənin 70 illiyi münasibətilə atom partlayışına duruş gətirmiş şəhər tramvaylarından biri bərpa olunaraq turistlərin xidmətinə verilib. Həmin tramvay əvvəlki, hadisə baş verən dövrdə olduğu kimi, göy və boz rəngə boyanıb.
Hiroşimaya atom bombası atılandan cəmi 3 gün sonra şəhərin tramvay xəttli yenidən işləməyə başlamışdı.BBC müxbiri BBC`s Rupert Wingfield-Hayes həmin tramvayda Hiroşimanın 70 il bundan əvvəl baş vermiş hadisənin izləri qalan yerlərə baş çəkib.