Almaniya daha bir qalmaqalın tən ortasındadır

Almaniya daha bir qalmaqalın tən ortasındadır backend

ABŞ-ın Ədliyyə Nazirliyi Almaniyanın “Deutsche Bank” bankının çirkli pulları yuması şübhəsi ilə təhqiqata başlayıb. “Bloomberg” agentliyi xəbər verir ki, nazirliyi ilk növbədə “eyni həcmli sövdələşmələr” maraqlandırır. Bu sövdələşmələr sayəsində “müştərilər hakimiyyət orqanlarına xəbərdarlıq etmədən ayrı-ayrı ölkələrdən vəsait çıxarırlar”.



Agentliyin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi “Deutsche Bank”ın xarici müştərilərinin yerli valyutanı dollar ilə qanunsuz mübadilə edib-etmədiklərini aydınlaşdırmaq niyyətindədir. Bundan əlavə, “Deutsche Bank”ın ipoteka və qiymətli kağızlarla iş prinsipi də yoxlanılacaq. Söhbət 2011-2015-ci illər dövründə təqribən 6 milyard avro həcmində maliyyə əməliyyatlarından gedir. Həmin dövrdə bankın xarici filiallarının müştəriləri yerli valyuta ilə Almaniya bankından qiymətli kağızları satın alır, bank isə dərhal həmin qiymətli kağızları Londonda artıq dollarla geri alırmış.

“Reuters”in məlumatına görə, “Deutsche Bank”ın rəhbərliyi daxili araşdırma apardığına istinad edərək, ABŞ Ədliyyə Nazirliyinin hərəkətlərini şərh etməkdən boyun qaçırıb. Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın maliyyə nəzarəti orqanı DFS 2015-ci ilin iyununda, daha sonra Britaniyanın maliyyə bazarı tənzimləyicisi FCA “Deutsche Bank” əleyhinə təhqiqata başlayıblar. “Deutsche Bank”ın maliyyə fırıldaqları barədə ilk ittihamlar 2015-ci ilin mayında səslənib. Almaniyanın bu ən iri maliyyə-kredit institutu əməkdaşlarının “az qismini” məcburi məzuniyyətə göndərib.

İndiki qalmaqal yenə də bir sualı açıq qoyur: öz evində qayda-qanun yaratmağı bacarmayan Berlinin başqa ölkələri korrupsiyada ittiham etməyə mənəvi haqqı varmı?
Diaspora