Avropanı və Kanadanı avtostopla gəzib dolaşmış robotun səyahətinə ABŞ-da son qoyulub – HitchBOT pərəm-pərəm olunub. HitchBOT adlı robot sırf sosial eksperiment keçirmək üçün yaradılmışdı. Yaradıcı qrup eksperimenti "robot insana etibar edə bilərmi?" sualına cavab tapmaq üçün keçirirdi.
HitchBOT avtostop üsulu ilə bir neçə həftə ərzində şəhərdən şəhərə səyahət edərək uzun yol keçə bilib.Robot ABŞ ərazisində səyahətini davam edərək avtostoplaə Philadelphia şəhərinə gəlib çıxıb, lakin orada naməlumlar tərəfindən sındırılıb.
HitchBOT yaradıcılarından biri, Kanadanın Toronto şəhərinin Ryerson universitetinin köməkçi professoru Frauke Zeller baş verənləri izah edir.