Boko Haram böhranı: Nigeriya ordusu 178 nəfəri “xilas edib”

Boko Haram böhranı: Nigeriya ordusu 178 nəfəri “xilas edib” backend

QAZİLER.AZ-ın BBC-yə istinadla verdiyi xəbərə görə, Nigeriya hərbçilərinin bildirdiyinə görə, islamçı Boko Haram silahlı qruplaşmasından 178 nəfəri azad ediblər. Bazar günü verilmiş bəyanatda deyilir ki, azad edilənlərdən 101 nəfəri uşaq, 67 nəfəri isə qadındır.

Ordunun bildirdiyinə görə, Boko Haram komandiri də yaxalanıb və bir neçə düşərgə təmizlənib.

Boko Haram 2014-cü ildən bəri Nigeriyada təxminən 5500 dinc sakini qətlə yetirib.
200-dən çox Chibok qızları isə hələ də itkindir. Onlar təxminən bir il bundan öncə Nigeriyanın şimalındakı məktəbdən qaçırılıb.

Ötən il oktyabr ayında hökumət bildirmişdi ki, onlar atəşkəsə və məktəbli qızların azad olunmasına nail olublar, lakin Boko Haram sonradan bunu inkar edib.
Chibok qızlarının oğurlanması beynəlxalq qəzəbə səbəb olub və bir çoxu #BringBackOurGirls həştəqi ilə onlayn kampaniyaya qoşularaq onların azad edilməsini tələb ediblər.

ABŞ və Çin də daxil olmaqla, bir sıra ölkələr qızların tapılmasına kömək edəcəklərini bildirib.

2014-cü ildən bəri ən azı 2000 qadın Boko Haram tərəfindən oğurlanıb, Amnesty İnternational insan haqları təşkilatı bildirib.
Diaspora