Çin bu ölkənin körpələri üzərində öz peyvəndinin sınağına başlayır

Çin bu ölkənin körpələri üzərində öz peyvəndinin sınağına başlayır backend

Çinin "Sinovac" əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndin təsirini 6 aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələrdə sınayacaq.

Bu barədə "Global Times" qəzeti xəbər verib.

Məlumata əsasən, bu yaşda olan uşaqlarda peyvəndin 3-cü mərhələsinin ilk klinik sınağı olacaq.

Sinovac və Cənubi Afrika tərəfdaşı "Numolux Group" Cənubi Afrikada araşdırmalar aparacaqlar.

Bildirilib ki, onların birgə bəyanatlarına görə, altı aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələri əhatə edən sınaqların məqsədi "Sinovac" peyvəndlərinin koronavirus infeksiyasına və ağır COVID-19 hallarına qarşı təhlükəsizliyinin, immunogenliyinin və effektivliyinin qiymətləndirilməsidir.

Trend.az