11 sentyabr terrorunun ildönümündə Baydendən çağırış

11 sentyabr terrorunun ildönümündə Baydendən çağırış backend

“Birlik amerikalıların kim olduqlarını göstərir, onlar bunu unutmamalıdır”.

“Report” xəbər verir ki, belə bəyanatla ABŞ prezidenti Cozef Bayden 2001-ci ilin 11 sentyabr terror aktlarının iyirminci ildönümü münasibəti ilə tvitterdə yerləşdirilmiş videomüraciətində çıxış edib.

"2001-ci ilin 11 sentyabrından 20 il sonra 2 977 nəfər qurbanı xatırlayır, risk edənləri və canını qurban verənlərin şərəfinə tədbirlər keçiririk. (Terrordan sonrakı-red) Günlərdə gördüyümüz kimi, birlik bizim ən böyük gücümüzdür və bunu unutmamalıyıq", - Bayden deyib.

"11 sentyabr 2001-ci ildən sonra hər yerdə - gözlənildiyi və gözlənilmədiyi yerlərdə qəhrəmanlıqlar gördük. Biz həmçinin müstəsna bir şey gördük - əsl milli birlik, birlik və dözümlülük hissi, əziyyət qarşısında bərpa qabiliyyəti" - Ağ Ev rəhbəri əlavə edib.

Onun sözlərinə görə, amerikalılar ABŞ-a zərər vurmaq istəyənlərin hamısına izlənilib tapılacaqlarını və cavab verməli olduqlarını göstəriblər. “Ancaq biz eyni zamanda insan təbiətinin qaranlıq qüvvələrinin, qorxu və qəzəbin, amerikalı müsəlmanlara, həqiqi və sadiq bir dinin ardıcıllarına qarşı kin və şiddətin şahidi olduq", - prezident deyib.

"Biz gördük ki, milli birlik necə pozulur. Biz bildik ki, bu birlik heç vaxt dağılmamalıdır. Birlik bizi kim olduğumuza, ən yaxşı şəkildə Amerikaya çevirən vasitədir", - dövlət başçısı vurğulayıb.