Rusiya fövqəladə hallar nazirinin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan müvəqqəti olaraq nazir vəzifəsini icra edəcək.
Qazilər.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev Norilskdə keçirilən idarələrarası təlimlərdə kinorejissor Aleksandr Melnikovun həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.