Yaponiyanın qəzalı “Fukusima-1” atom elektrik stansiyasının üç nömrəli reaktorundakı 20 tonluq modulun söküntüsünə başlanılıb. Bu barədə məlumatı Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) şirkəti yayıb.
AZƏRTAC Türkiyənin "denizhaber.com.tr" saytına istinadla xəbər verir ki, həftələrdir aparılan əməliyyatlar nəticəsində modulun istifadə olunan yanacaq hovuzundan müvəffəqiyyətlə çıxarıldığı və reaktorun radioaktiv sızıntıdan təsir görmüş digər hissələrinin də sökülməsi ilə bağlı hazırlıqlara başlanıldığı bildirilib.
Bundan əlavə 2011-ci ildə atom stansiyasında baş verən faciədən sonra yoxlama məqsədilə bağlanılan nüvə reaktorlarının bəziləri isə yenidən açılır. “Kyushu Elektric Power” şirkətinin işlətdiyi “Sendai” nüvə stansiyasının iki il aradan sonra, avqustun 10-dan etibarən yenidən istifadəyə veriləcəyi qeyd edilir.