Lukaşenko Putindən daha 3 milyard dollar istəyib

Lukaşenko Putindən daha 3 milyard dollar istəyib backend

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putindən maliyyə yardımı istəmək üçün ilin əvvəlindən bəri bir neçə dəfə Rusiyaya səfər edib.

Marja xəbər verir ki, RBC-nın Minskdəki mənbələrə istinadən verdiyi xəbərə görə, keçən ilin avqustunda 1,5 milyard dollar alan Lukaşenko indi iki dəfə çox - 3 milyard dollar istəyir. Lukaşenkonun Moskvaya sonuncu səfəri zamanı Rusiya -Belarus danışıqlarında 3 milyard dollarlıq məbləğ müzakirə olunub.

Bu il avqustun 9-da"Böyük söhbət" zamanı Lukaşenko yeni köməyə ehtiyac olduğunu, bunu Beynəlxalq Valyuta Fondundan (BVF) vəd edilmiş kreditin Belarusun almaması ilə izah edib. 

"Koronavirus ilə mübarizəyə və insanların müalicəsi üçün artıq 1.5 milyard dollar xərcləmişik", - Lukaşenko deyib.

Rusiyanın Maliyyə naziri Anton Siluanov çərşənbə günü bildirib ki, Rusiya Belarusa əlavə yardım göstərməyi düşünə bilər. 

Diaspora