Rumıniya məhkəməsində Rusiyanın böyük neft şirkəti olan “Lukoil”un idarəçiləri haqqında 1,95 milyard dollar çirkli pulu mənimsəmələri ilə bağlı iddia qaldırılıb.
AZƏRTAC Türkiyənin “dünya.com” saytına istinadla xəbər verir ki, Apelyasiya Məhkəməsinin prokurorları, “şirkətin kredit və sərmayəsi” adı altında korrupsiyanın olduğunu müəyyən edib. Prokurorlar keçən ay istintaqla bağlı “Lukoil”un ümumi 2 milyard avro dəyərindəki bank hesablarını dondurublar.
Rumıniya “Lukoil” barədə korrupsiya və sui-istifadə istintaqını keçən ilin oktyabrda açıb. İstintaq çərçivəsində, şirkətin neft emalı zavodunda istehsal müvəqqəti dayandırılıb.