Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub

Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub backend

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev həlak olub.

Qaziler.az ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

bildirilib ki, Y. Ziniçev xidməti vəzifəsinin icrası zamanı ölüb.

“Yevgeni Ziniçev Krasnoyarsk vilayətinin Norilsk şəhərində keçirilən təlimlərdə bir nəfərin həyatını xilas edərkən həlak olub”, - deyə Rusiya FHN-in məlumatında qeyd olunur.

Y. Ziniçev 1966-cı il, avqustun 18-də Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

Rusiya prezidentinin fərmanı ilə 2020-ci ilin dekabrında ordu generalı hərbi rütbəsi verilib.

Diaspora