Xilasedici qüllədən düşdükdən sonra 2 kişi və 1 qadının hücumuna məruz qalıb Ölkə.Az "Huffington Post"a istinadən xəbər verir ki, Los-Ancelesdə Venis-Biçdə 3 nəfər erməni xilasediciyə hücüm edib.
Hadisə xilasedicinin ermənilərdən estakadada siqaret çəkməməyi xahiş etməsindən sonra baş verib. Ərazidə müvafiq qadağa işarəsi olsa da, ermənilər məhəl qoymayıb. Videogörüntülərdən məlum olur ki, xilasedici qüllədən düşdükdən sonra 2 kişi və 1 qadının hücumuna məruz qalıb.Yoldan keçənlərdən biri yardım etmək üçün tələsir və xilasedici hücumçulardan birini yerə yıxmağı bacarır. Sonradan erməni qadın xilacedicini yenidən döyməyə və səs-küy salaraq təcavüzdə ittiham etməyə başlayır.
Polisin məsələyə müdaxiləsindən sonra məlum olub ki, toqquşmanın əsas səbəbkarları erməni əsilli, 30 yaşlı Bayran Harutünyan, 28 yaşlı Ara Sarkisyan və 28 yaşlı qadın Arusyak Qekçiyandır. Onlar vəzifəli şəxsə hücum və təhqir etmə maddələri üzrə ittiham olunurlar.