Çexiyada Ukraynaya qarşı döyüşən muzdluya 20 il iş verildi

Çexiyada Ukraynaya qarşı döyüşən muzdluya 20 il iş verildi backend

Çexiya məhkəməsi Ukraynanın şərqində, Donbasda separatçıların tərəfində Ukrayna dövlətinə qarşı savaşan bir vətəndaşına 20 il həbs cəzası verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “İdnes” saytı məlumat yayıb. Maraqlıdır ki, məhkəmə hökmü müttəhimin iştirakı olmadan oxuyub. Belə ki, İrj Urbanek adlı həmin adam Çexiyada tapılmır.

Hökmdə İ.Urbanekin Ukraynaya hələ 2015-ci ildə getdiyi bildirilir. O, 2018-c ilin yanvarına qədər döyüşlərdə iştirak edib. Çexiya vətəndaşı bunu hətta sosial şəbəkələrdəki hesablarında yaymaqdan çəkinməyib.

İrji Urbanekin vəkili hökmlə razılaşmadıqlarını bildirib və “Facebook”dakı videogörüntülərin onun silahlı toqquşmalarda iştirakının sübutu üçün yetərli olmadığını dilə gətirib.

Lakin hakim Qana Kristinova vəkilin gətirdiyi dəlilləri rədd edərək, hər şeyin ortada olduğunu qeyd edib və buna müvafiq qərar çıxarıb.