Qəddafinin oğlu azadlığa çıxdı

Qəddafinin oğlu azadlığa çıxdı backend

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxıb.

Bundan sonra o, dərhal Türkiyənin İstanbul şəhərinə yollanıb.

Qeyd edək ki, 2001-2002 mövsümündə Liviya çempionatının bombardiri olan Saadi Qəddafi, 2003-2007-ci illərdə peşəkar futbolçu kimi İtaliya klublarında oynayıb.

2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra Saadi Nigerə qaçıb. Lakin bu uzun çəkməyib: O, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.

Qəddafinin oğlu 2011-ci ildə keçirilən aksiyalarda nümayişçilərə qarşı cinayətlərdə, həmçinin Liviyanın futbol məşqçisi Bəşir əl-Rayaninin öldürülməsində (2005) təqsirli bilinib. 2018-ci ildə məhkəmə ona qarşı qətllə bağlı ittihamı ləğv edib.

Oxu.az

Diaspora