Bu, müharibənin başlamasına səbəb ola bilər - Cabarov

Bu, müharibənin başlamasına səbəb ola bilər - Cabarov backend

Ukraynanın Minsk razılaşmalarından çıxması Donbasdakı münaqişələrin yenidən başlaması üçün bir qığılcım ola bilər.

 

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsi sədrinin müavini Vladimir Cabarov deyib.

 

"Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqton səfəri amerikalıların Ukrayna üçün oddan şabalıd götürməyəcəyini göstərdi. Bu cür bəyanatlar Minsk razılaşmalarının qarantları olan Almaniya və Fransanın da Ukraynaya arxa çevirməsinə səbəb olacaq", - Cabarov qeyd edib.