Əfqanıstanın Pəncşir əyalətində taliblərə qarşı mübarizə aparn müqavimət qüvvələri “Taliban”ın əyalətə nəzarəti ələ keçirməsi xəbərlərini təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a əyalətdə müqavimət qüvvələrinə yaxın mənbə bildirib.
“Bu, əhalini qorxutmaq üçün “Taliban” tərəfindən yayılan şayiədir. Onlar bir neçə istiqamətdən Pəncşirə girməyə çalışırdılar, ancaq geri çəkilməyə məcbur oldular”, - deyə mənbə bildirib.
Əfqanıstanın Milli Müqavimət Cəbhəsi tvitter səhifəsindən yaydığı açıqlamada Pəncşirin tutulması ilə bağlı məlumatların yalan olduğunu, bütün hücumların dəf edildiyini, hətta “Taliban” döyüşçülərinin mühasirəyə alındığını bildirib.