İnterpol gizli kibercinayətkarlıqla mübarizə üçün mütəxəssis hazırlığına başlayıb

İnterpol gizli kibercinayətkarlıqla mübarizə üçün mütəxəssis hazırlığına başlayıb backend

İnterpol beynəlxalq polis təşkilatının nümayəndələri tərəfindən hüquq-mühafizə orqanları üçün ilk tədris kursunun uğurla başa çatması açıqlanıb.

Kurs çərçivəsində güc strukturları nümayəndələrinə populyar gizli xidmətlərin və resursların quruluşunun əsasları və iş prinsipləri barədə ətraflı məlumat verilib. Sinqapurda keçirilən beşgünlük məşğələlərdə Avstraliya, Finlandiya, Fransa, Qana, Honkonq, İndoneziya, Yaponiya, Niderland, Sinqapur, Şri-Lanka və İsveç təmsilçiləri iştirak edib.

Treninqlər zamanı fəaliyyət göstərən qeyri-qanuni portallardan istifadə edilməməsi maraq doğurur. Bunun əvəzinə təşkilatçılar özəl şəbəkə, kriptovalyuta və internet bazarı modelləri hazırlayaq onların nümunəsi əsasında praktik məşğələlər keçirilib.

Simulator mühazirə iştirakçılarına satıcı, alıcı və inzibatçı rolunda çıxış etməyə imkan verib ki, bu da mütəxəssislərdə “Tor” kimi servislərin daxili quruluşu haqqında geniş təsəvvür yaradıb. Bu, hüquq-mühafizə orqanları nümayəndələrinə cinayətkarlar tərəfindən aşkarlanmadan yayınmaq üçün istifadə edilən əsas üsullar barədə məlumat əldə etməyə imkan verib.

İnterpolun məlumatına görə, növbəti kursun Brüsseldə keçirilməsi gözlənilir, - “SecurityLab” yazır.
Diaspora