Hollandiyada iki qülləli kran evlərin üstünə aşıb. APA TV-nin "Reuters"ə verdiyi məlumata görə, hadisə Alfen-an-de-Reyn şəhərində baş verib. İki kranın evlərin üstünə aşması nəticəsində azı 20 nəfərin yaralandığı bildirilir.
Çayın üzərində restavrasiya edilən körpünün parçalarını daşıyan kranların aşmasının səbəbi hələlik məlum deyil.Hadisə zamanı bəzi ev və ofislərə ciddi ziyan dəyib. Alfen-an-de-Reyn bələdiyyəsi hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və sakinləri hadisənin baş verdiyi əraziyə yaxınlaşmamağa çağırıb.