ABŞ-ın keçmiş prezidenti Cimmi Karter qara ciyərindən əməliyyat olunub. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, həkimlər əməliyyatın uğurlu keçdiyini bildiriblər.
May ayında C.Karter səhhətində yaranan problem ucbatından Qayanaya səfərini təxirə salmışdı.Xatırladaq ki, 2014-cü ilin oktyabrında Cimmi Karterin 90 yaşı tamam olub.