Qırğızıstan FHN-i mümkün dağıdıcı zəlzələ barədə xəbərdarlıq etdi

Qırğızıstan FHN-i mümkün dağıdıcı zəlzələ barədə xəbərdarlıq etdi backend

Qırğızıstan FHN-i bu ilin ikinci yarısında respublika ərazisində intensivliyi 9 bala kimi qiymətləndirilən zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib.



Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu proqnoz FHN-in rəsmi saytında yerləşdirilib.

Qırğızıstan Milli Elmlər Akademiyası Seysmologiya İnstitutunun proqnozuna əsasən, Tacikistan və Çin ilə sərhəd zonalar Batkent və Oş vilayətləri ən təhlükəli zonalardır.

Zəlzələnin baş vermə ehtimalına görə ikinci yerdə şimali Tyan-Şan, xüsusilə İssık-Kul vilayəti gəlir.

Qırğızıstan FHN-i həmçinin avqust ayında respublika ərazisində havanın kəskin dəyişməsi ilə əlaqədar təbii ekzogen proseslərin aktivləşməsinin gözlənilməsi barədə xəbərdarlıq edib.
Diaspora