KİV: "Pəncşir toqquşmalarında 300-dən çox "Taliban" döyüşçüsü öldürülüb"

KİV: "Pəncşir toqquşmalarında 300-dən çox "Taliban" döyüşçüsü öldürülüb" backend

Əfqanıstanın şimalındakı Pəncşir əyalətində "Taliban" silahlıları ilə müqavimət qüvvələri arasında toqquşmalarda 300-dən çox "talib" öldürülüb.

"Report" bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Bununla yanaşı, toqquşmalarda bir neçə "Taliban" silahlısı ağır yaralanıb və əsir götürülüb.

Hazırda bölgəyə girişdə ara-sıra kiçik toqquşmalar qeydə alınır.

Diaspora