Türkiyənin Ağrı əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilib.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirildiyi ehtimal edilir.
Xatırladaq ki, iyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş vermişdi. Partlayışdan sonra yaranan yanğını qısa müddət ərzində söndürmək mümkün olmuşdu.