Rusiya təhlükəsizlik qüvvələri Şimali Qafqazda terrorla əlaqəsi olan 6 silahlını öldürüb. APA-nın "Foxnews"-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Antiterror Komitəsi açıqlama yayıb.
Komitənin məlumatına görə, şübhəlilər Kabarda Balkar Respublikasının mərkəzi Nalçikdə zərərsizləşdiriliblər. Təslim olmaqdan imtina edən silahlılar atışma nəticəsində öldürülüblər.Komitənin məlumatına görə, həmin şəxslər ötən həftə polis polkovnikinin öldürülməsi də daxil olmaqla, əvvəllər də müxtəlif təxribatlarda iştirak ediblər.
Avqustun 2-də İnquşetiyada isə İŞİD-lə əlaqədə şübhəli bilinən 8 silahlının öldürülməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, Çeçenistanda baş vermiş iki müharibədən sonra bölgədə silahlı dəstələrin fəallığı davam edir.