Türkiyədə Ali Hərbi Şuranın (YAŞ) iclası başlayıb. APA-nın xəbərinə görə, baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçirilən iclasda Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, milli müdafiə naziri Vəcdi Könül, Quru Qüvvələri komandanı Hulisi Akar, Dəniz Qüvvələri komanddanı Bülənt Bostanoğlu, Hava Qüvvələri komandanı, ordu generalı Akın Öztürk, Ümumi Jandarma komandanı, ordu generalı Abdullah Atay və başqa generallar iştirak edirlər.
İclasda polkovnik, general və admiralların rütbəsinin artırılması, general və admiralların xidmət müddətinin uzadılması və yaxud ehtiyata göndərilməsi, yol verdiyi nöqsanlara görə Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılacaq şəxslərlə bağlı müzakirələr aparılacaq.YAŞ-ın iclası avqustun 5-də başa çatacaq.Verilən qərarlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləndən sonra ictimaiyyətə açıqlanacaq.
Şuranın iclasından sonra Necdət Özəlin səlahiyyət müddəti başa çatacaq. Onun yerinə Hulisi Akarın təyin olunması gözlənilir. Hulusi Akar 2019-cu ilədək bu vəzifədə qalacaq.