Gürcüstanda daha bir uşaq COVID-in qurbanı oldu

Gürcüstanda daha bir uşaq COVID-in qurbanı oldu backend

Gürcüstanda koronavirusa yoluxmuş altı yaşlı uşaq dünyasını dəyişib. Bununla ölkədə üçüncü uşaq COVID-in qurbanı olub.

Azvision.az xəbər verir ki, bu barədə İ.Çiçişvili adına uşaq xəstəxanasının baş həkimi Maya Çxeidze məlumat verib. O, uşağın yanaşı xəstəlikləri olduğunu bildirib:

“Uşaq xəstəxanaya daxil olan kimi onu intubasiya edib, suni tənəffüs aparatına qoşduq. Uşaq serebral iflic idi və onda epileptik sindrom, psixomotor sferada ciddi geriləmə və arxa planda COVID infeksiyası səbəbiylə septik şok inkişaf etdirdi. Təəssüf ki, həyatını xilas edə bilmədik”.