“Aponun kəlləsini gətirəcəyik”

“Aponun kəlləsini gətirəcəyik” backend

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı hücumlarına etiraz olaraq “PKK sizi tüpürcəyi ilə boğar” deyən millət vəkili Abdullah Zeydan barədə hazırlanan sənəd parlamentə göndərilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) Hakkaridən olan millət vəkili mandatından məhrum edilə bilər.

Məlumata görə, barəsində apaşdırmalar aparılan kürd millət vəkili barəsində bəzi maraqlı faktlar ortaya çıxıb. PKK terrorunun tüğyan etdiyi 1990-cı illərdə Doğru Yol Partiyasının (DYP) Hakkaridən millət vəkili olan atası Mustafa Zeydanın seçki kampaniyalarına qatılan Zeydan PKK və onun lideri Abdulah Öcalanın ünvanına ağır sözlər söylədiyi ortaya çıxıb.

Onun atası Öcalanın tutulmasından dərhal sonra keçirilən seçkilərdə Hakkaridən millət vəkili seçilib. Abdullah Zeydanın seçkilərdə təbliğat üçün istifadə olunan avtobusun üzərində etdiyi çıxışında “İmralını basıb, Aponun kəlləsini gətirəcəyik” deyərək anons etdiyi məlum olub.
Diaspora