Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş faciə ilə əlaqədar bu gün ölkədə ümummilli matəm günü elan edilib.
Bu barədə "Kazinform" məlumat yayıb.
Xatırladaq ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.
Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirib.