ABŞ bizdən əsirləri buraxmağı tələb etdi - Saleh

ABŞ bizdən əsirləri buraxmağı tələb etdi -  Saleh backend

Təəssüf ki, ABŞ heç də diplomatik olmayan və yanlış bir şəkildə bizdən əsirlərin azad edilməsini tələb etdi, əks halda iqtisadi, hərbi və silah yardımının kəsiləcəyi ilə hədələdi.

Axar.az xəbər verir ki, bunu Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh "Avronyus"a açıqlamasında deyib.

"Bildirdik ki, onları buraxsaq, geri dönüb bizimlə vuruşacaqlar", - deyə Saleh bildirib.

O, Talibanın Kabil hava limanında partlayışlar törətmək istədiyini iki-üç gün əvvəl bildiklərini vurğulayıb:

"İŞİD-in bu hücumları etdiyi bütün dünyaya yayıldı, ancaq hücumların arxasında Taliban dayanır. Talibanın nə xarici, nə də daxili qanunu var. Tezliklə Pəncşir onlara qarşı müqaviməti artırdıqca dərin hərbi böhranla üzləşəcək".