Türk F-16-ları Polşa səmasında belə uçdu - VİDEO

Türk F-16-ları Polşa səmasında belə uçdu - VİDEO backend

Türkiyə F-16 qırıcıları Polşa Aviasiya bayramı münasibətilə bu ölkənin səmasında uçuşlarını davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Polşa Müdafiə Nazirliyi tvitter hesabında qırıcıların uçuşu ilə bağlı yeni video paylaşıb.

Video qısa zaman ərzində izləyicilər tərəfindən çoxsaylı bəyənmə qazanıb.

Qeyd edək ki, 4 ədəd türk F-16 qırıcısı gücləndirilmiş NATO hava polisi (BILOXO) missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki hərbi bazada sentyabrın sonuna kimi fəaliyyət göstərəcək.