ABŞ Əfqanıstanda İŞİD-in iki başçısını məhv etdi

ABŞ Əfqanıstanda İŞİD-in iki başçısını məhv etdi backend

ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının iki başçısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbəsi zamanı dinc sakinlər arasında tələfat və ya xəsarət alan olmayıb. Pentaqon təmsilçisi, general-mayor Uilyam Teylor bildirib ki, hava zərbəsi nəticəsində həmçinin daha 1 terrorçu yaralanıb.

"Mən yeni informasiyanın daxil olması ilə təsdiq edə bilərəm ki, İŞİD-in iki yüksək vəzifəli üzvü öldürülüb, biri yaralanıb. Bizə mülki əhali arasında itkilərin olmaması məlumdur", - o Pentaqonda keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, ABŞ hərbçiləri ötən gün pilotsuz uçuş aparatından zərbə nəticəsində bir terrorçunun öldürüldüyünü bildiriblər.

Pentaqon həmçinin Əfqanıstandan 5,4 min nəfər amerikalının təxliyə edildiyini açıqlayıb.