"Hər kəs Qərbə, mən Ərdoğana güvənirəm"

"Hər kəs Qərbə, mən Ərdoğana güvənirəm" backend

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ölkəsinin inkişafı üçün yalnız Rəcəb Tayyib Ərdoğana güvəndiyini bildirib.

 

Bu ölkədə səfərdə olan Türkiyə Prezidenti Ərdoğanla mətbuat konfransında iştirak edən Dodik Qərb ölkələrinin sadəcə danışdığını, Bosniya və Herseqovinanın inkişafı üçün heç bir iş görmədiyini qeyd edib: "Mən yalnız Prezident Ərdoğana güvənirəm. Təbii ki, dostlarımıza da. Bizə kömək etməlisiniz, Cənab Prezident. Buradakı tərəfdaşlarımız Qərbdən gəlib sadəcə sözdə bizə dəstək olanlara güvənir. Mən isə onlara inanmıram".(Publika.az)

Diaspora