"Taliban" bu qadınlara çağırış etdi

"Taliban" bu qadınlara çağırış etdi backend

“Taliban” hərəkatı Əfqanıstanda səhiyyə sahəsində çalışan qadınları öz işlərinə qayıtmaları üçün çağırış edib və bildirib ki, onların vəzifələrini icra etmələrinə müdaxilə olunmayacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

“İslam Əmirliyinin (“Taliban” öz siyasi sistemini belə adlandırır – Red.) İctimai Səhiyyə Nazirliyi qadın işçilərə bildirir ki, onlar mərkəzlərdə və əyalətlərdə müntəzəm olaraq öz vəzifələrinə qayıtmağa hazır olmalıdırlar. İslam Əmirliyi tərəfindən onların işinə heç bir maneə olmayacaq”, - deyə hərəkatın sözçüsü Zabiullah Mücahid qeyd edib.

Bundan əvvəl “taliban”çılar bildiriblər ki, Əfqanıstanda dövlət qulluqçusu olan qadınlar gələcəkdə müvafiq qaydalar hazırlandıqdan sonra öz vəzifələrinin icrasına başlaya biləcəklər.

Diaspora