NASA-dan olan alimlərin təhqiqatları Yerdən kənar həyatın mövcudluğunu təsdiq edib. AMEA-dan Lent.az-a verilən məlumata görə, alimlər Yerə həyatın meteorit vasitəsilə kənardan gətirilməsi barədə əvvəllər irəli sürülmüş nəzəriyyəni təsdiqləyə biliblər.
Təhqiqatın özəyində belə bir qənaət durur ki, Yerə kosmosdan Vitamin B 3 kimi tanınan nikotin turşusu molekulları gətirilə bilərdi. Bir çox illər ərzində onları bolidlərin tərkibində tapıblar. Alim Karen Smit bildirib ki, onun rəhbərliyi altında təhqiqatçılar 8 meteroiti öyrəniblər. Onların tərkibində Vitamin B 3 molekulları müəyyən edilib..