KİV: Kabildə üçüncü partlayış olub

KİV: Kabildə üçüncü partlayış olub backend

Əfqanıstanın paytaxtı Kabildə növbəti partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.

Partlayışın güclü olduğu qeyd edilir. Partlayış yeri və qurbanları ilə bağlı digər təfərrüatlar hələ verilməyib.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

Diaspora