Kabildəki terror aktında ölən və yaralananların sayı artıb - VİDEO - FOTO

Kabildəki terror aktında ölən və yaralananların sayı artıb -  VİDEO - FOTO backend

Kabil hava limanı yaxınlığında törədilmiş terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.

“The New York Times” xəbər verir ki, baş vermiş iki partlayış 40-dan çox insanın həyatına son qoyub.

Həmçinin, “Taliban” rəsmiləri hadisə nəticəsində 52 nəfərin yaralandığını bildiriblər.

Xarici KİV-də yayılan məlumatlarda terror aktına görə İŞİD-in məsuliyyət daşıdığı qeyd edilir.

18:50

Kabil hava limanı yaxınlığında iki güclü partlayış baş verib.

Bu bardədə xarici KİV-də məlumat yayılıb.

Yayılan məlumatlara görə, insident nəticəsində ən azı 13 nəfər ölüb, 50-dən çox şəxs isə yaralanıb. Yaralananlar arasında ABŞ hərbçilərinin olduğu bildirilib.

Partlayışların amerikalıların toplaşdığı hotelin qarşısında baş verdiyi qeyd olunub.

Hadisənin təfərrüatı hələ ki, açıqlanmayıb.

Partlayışların terror aktı olduğu və İŞİD tərəfindən törədildiyi iddia edilir. (oxu.az)

Qaziler.az Türkiyə mətbuatına istinadən hadisə yerindən çəkilmiş fotoları videogörüntüləri təqdim edir: