Miloş Zeman: Sizi bura heç kim çağırmayıb

Miloş Zeman: Sizi bura heç kim çağırmayıb backend

“Sizi bura heç kim çağırmayıb. Əgər bizdən xoşunuz gəlmirsə, onda gedin!”, - deyə Çexiya Respublikasının Prezidenti Miloş Zeman ölkədə olan qaçqınlara olduqca sərt müraciət edib. O, bu bəyanatı avqustun 2-də populyar “Blesk” qəzetinin internet-portalına müsahibəsində edib. “Bu adamlar bizim yaşayış qaydalarımıza hörmət etməlidirlər”, - deyə Prezident əlavə edib


“Yaxşısı budur, biz onlara öz ölkələrinin ərazisində kömək edək”, - deyə Miloş Zeman hesab edir. Dövlətin başçısı habelə Baş Qərargahın rəisi Yozef Beçvarja istinadla məlumat verib ki, ordu Çexiya Respublikası ərazisinə qeyri-leqal immiqrantların kütləvi keçməsinə yol verməmək məqsədilə dövlət sərhədlərinin müdafiəsi üçün 1500 hərbçini göndərməyə hazırdır.
Diaspora